Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 14:28
Bakı. Samir Əli - Trend:
2019-cu ilin oktyabr ayının birinə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə yanvar-sentyabr ayları ərzində 65 min 124 yeni abonent qeydiyyata alınıb.
Birlikdən Trend-ə verilən məlumata görə, bunun 36 min 291-i Bakı, Abşeron və Sumqayıt, 28 min 833-ü isə regionların payına düşür. 2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür. Beləliklə, 01 oktyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 246 min 968-ə çatıb. Bu rəqəmin 2 milyon 215 min 900-ü əhali, 31 min 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 milyon 381 min 186 təşkil edir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin