Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il dünyada ən çox dəyər qazanan futbolçularının adları açıqlanıb - SİYAHI

Bu il dünyada ən çox dəyər qazanan futbolçularının adları açıqlanıb - SİYAHI

Tarix: 30 Dekabr 2022 14:32

2022-ci il üçün dünyada ən çox dəyər qazanan futbolçuların reytinqi açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıya "Barselona" klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar ispaniyalı futbolçu Qavi başçılıq edir.

Ümumilikdə bu il dəyər qazanan futbolçuların TOP-10-luğunu təqdim edirik:

Qavi (90 milyon avro (+50 milyon avro), "Barselona");

Orelyen Tçuameni (90 milyon avro (+50 milyon avro), "Real" Madrid);

Rafael Leau (85 milyon avro (+50 milyon avro), "Milan");

Yoşko Qvardiol (75 milyon avro (+50 milyon avro), "RB Leypsiq");

Antoni (75 milyon avro (+50 milyon avro), "Mançester Yunayted");

Enso Fernandes (55 milyon avro (+50 milyon avro), "Benfika");

Camal Musiala (100 milyon avro (+45 milyon avro), "Bavariya");

Xviça Kvaratsxeliya (60 milyon avro (+44 milyon avro), "Napoli");

Rodriqo Qoes (80 milyon avro (+40 milyon avro), "Real" Madrid);

Darvin Nunyes (70 milyon avro (+38) mln, "Liverpul").

Yeri gəlmişkən, 2022-ci ilin ən çox dəyəri artan qolkiperi 22 milyon avro əlavə dəyər qazanan "Valensiya"nın gürcü əsilli qapıçısı Giorgi Mamardaşvili olub.

Milli.Az


Etiketlər:  Bu il dünyada ən çox dəyər qazanan futbolçularının adları açıqlanıb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ