Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Baxtiyor Saidovla danışdı

Ceyhun Bayramov Baxtiyor Saidovla danışdı

Tarix: 31 Dekabr 2022 15:15

31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a bildirilib ki, nazir Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Baxtiyor Saidovla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ