Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2022 15:20
Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir.
Sonxeber.net bildirir ki, bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.
Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Riyaziyyat-kimya (RK) altqrupu |
Riyaziyyat-informatika (Rİ) altqrupu |
1 |
2 |
1. Fizika müəllimliyi |
1. İnformatika müəllimliyi |
Riyaziyyat müəllimliyi Texnologiya müəllimliyi |
2. Riyaziyyat və informatika müəllimliyi |
4. Fizika |
3. Kompüter elmləri |
5. Geologiya |
4. İnformasiya təhlükəsizliyi |
Mexanika Riyaziyyat Aerokosmik mühəndislik Aqromühəndislik |
İnformasiya texnologiyaları Kompüter mühəndisliyi Mexatronika və robototexnika mühəndisliyi |
Aviasiya təhlükəsizliyi mühəndisliyi Cihaz mühəndisliyi Dəniz naviqasiyası mühəndisliyi |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi Sistemlər mühəndisliyi |
Ekologiya mühəndisliyi Elektrik və elektronika mühəndisliyi Energetika mühəndisliyi Gəmi energetik qurğularının istismarı mühəndisliyi Gəmiqayırma və gəmi təmiri mühəndisliyi Geologiya və geofizika mühəndisliyi Geomatika və geodeziya mühəndisliyi Hava nəqliyyatının hərəkətinin təşkili Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi İnşaat mühəndisliyi Kimya mühəndisliyi Kommunikasiya sistemləri mühəndisliyi Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Maşın mühəndisliyi Materiallar mühəndisliyi |
|
3
1 |
2 |
28. Mədən mühəndisliyi |
|
29. Meliorasiya mühəndisliyi |
|
30. Memarlıq* |
|
31. Metallurgiya mühəndisliyi |
|
32. Mexanika mühəndisliyi |
|
33. Mühəndis fizikası |
|
34. Neft-qaz mühəndisliyi |
|
35. Nəqliyyat mühəndisliyi |
|
36. Nəqliyyat tikintisi mühəndisliyi |
|
37. Qida mühəndisliyi |
|
38. Radiotexnika və telekommunikasiya mühəndisliyi |
|
39. Şəhərsalma |
|
40. Sənaye mühəndisliyi |
|
41. Uçuş mühəndisliyi |
|
42. Yanğın təhlükəsizliyi mühəndisliyi |
|
43. Aqronomluq |
|
44. Balıqçılıq |
|
45. Meşəçilik |
|
46. Şərabçılıq |
|
47. Torpaqşünaslıq və aqrokimya |
|
48. Yerquruluşu və daşınmaz əmlakın kadastrı |
|
Zoomühəndislik Hərbi kompozisiya materialları mühəndisliyi |
|
51. Hərbi rabitə vasitələri mühəndisliyi |
|
52. Optotexnika mühəndisliyi |
|
53. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi |
|
54. Sərhəd təhlükəsizliyi və idarəetmə |
|
55. Silah və silah sistemləri mühəndisliyi |