Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 15:51
Bakı. Kəmalə Məmmədli - Trend:
Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.
Onun sözlərinə görə, bu gün türk iş adamları sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda iki şirkətin yaradılması üzərində işləyir. Şirkətlərdən biri qablaşdırma materiallarının hazırlanması, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin