Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 11:21
Xanımların ən çox əziyyət çəkdiyi problemlərdən biri də cilddəki ləkələrdir. Bəs gündəlik həyata təsir edən, gizlətmək üçün makiyajdan istifadəni zəruri edən bu problemi necə aradan qaldırmaq olar?
Sonxeber.net Axşam.az-a istinadən üzdəki ləkələri aradan qaldırmağa yardımçı olacaq çiyələk maskasını təqdim edir.
Tərkibi:
çiyələk
limon suyu
limon yağı
İstifadə qaydası:
2 çiyələyi incə doğrayıb üzərinə 2 damcı limon suyu və 1 damcı limon yağı əlavə edin. Qarışımı həftədə bir dəfə 15 dəqiqə üzdə saxlamaq şərti ilə ləkə olan hissəyə çəkin. Maskadan sonra günəş altında dayanmamağınız tövsiyə olunur. Dəri yeniləndiyi üçün günəşin şüaları başqa izlərin yaranmasına səbəb ola bilər. Mütləq şəkildə günəş kremindən istifadə edin.