Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 20:36
İran həftə sonu ölkənin cənubunda dronların da cəlb edilməsi ilə hərbi təlimlər keçirdiyini açıqlayıb. İran dövlət mediasının məlumatına görə, "Zülfüqar 1401" adlı təlimlərə liman və gəmilərin maketini hədəf alan "Əraş" və "Əbabil" kimi müxtəlif pilotsuz uçan aparatlar da (PUA) daxil edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, PUA-lar "Səhənd" esminesindən havaya qalxıb və sahildəki simulyasiya edilmiş hədəfləri "uğurla" vurub.
İsrailin "Yerusəlim Post" qəzeti bildirir ki, təlimlərdə İsrailin "Saar 6" gəmisinin maketi vurulub.
İran mediası bildirib ki, təlimlərdə müxtəlif döyüş, kəşfiyyat və digər tipli pilotsuz uçan aparatlardan istifadə edilir. "Əbabil 5" PUA-larının təlimlərdə özlərini "yaxşı cəhət"dən göstərdiyi bildirilir.
İRNA-nın xəbərində deyilir ki, "Əbabil 5" PUA-ları bu yaxınlarda İran Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib və ilk dəfə olaraq ordunun illik təlimlərində istifadə edilib.