Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Dəməşq aeroportunu vurdu, ölənlər var

İsrail Dəməşq aeroportunu vurdu, ölənlər var

Tarix: 2 Yanvar 2023 10:46

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.

Qeyd olunub ki, zərbələr zamanı hava limanına maddi ziyan dəyib və dəyən ziyan nəticəsində paytaxtın əsas beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

"Reuters" isə regional kəşfiyyat mənbələrinə istinadən bildirib ki, zərbələr İranın "Qüds" qüvvələri və əlaqəli silahlı qruplaşmaların nəzarətində olan məntəqəyə endirilib.

Milli.Az


Etiketlər:  İsrail Dəməşq aeroportunu vurdu ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ