Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bild”in müxbiri Ukraynada yaralanıb

“Bild”in müxbiri Ukraynada yaralanıb

Tarix: 3 Yanvar 2023 08:14

Almaniyanın "Bild" nəşrinin müxbiri Byörn Ştritsel Ukraynada qəlpə yarası alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə nəşrin baş redaktoru Yohannes Boye tviterdə bildirib.

"Bild"in müxbiri Byörn Ştritsel Rusiyanın Ukraynaya təcavüzünü işıqlandırarkən qəlpə yarası alıb", - o sosial şəbəkədə qeyd edib.

Baş redaktorun sözlərinə görə, yara çox ciddi olmasa da, bu olay Ukraynadakı müxbirlərin doğrunu demək üçün hansı çətinliklərlə qarşılaşdığını bir daha xatırladır.

Milli.Az


Etiketlər:  Bildin müxbiri Ukraynada yaralanıb


RƏYLƏR