Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Bolqarıstana qaz satmağa başlayacaq

Türkiyə Bolqarıstana qaz satmağa  başlayacaq

Tarix: 3 Yanvar 2023 09:00

Türkiyə Bolqarıstana qaz satmağa başlayacaq.

Bunu bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz TVnet-in efirində deyib.

"Biz Bolqarıstana qaz satacağıq. Sabah bu ölkəyə səfərimiz olacaq. Bolqarıstanın "Bulgargaz" şirkəti ilə Türkiyənin "Botash" dövlət şirkəti arasında mühüm müqavilə imzalanacaq", - deyə nazir bildirib.

Daha əvvəl Bolqarıstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, Bolqarıstanın "Bulgargaz" şirkəti çərşənbə axşamı Türkiyənin "Botaş" dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Müqavilə 13 il müddətinə bağlanacaq. Rəsmi mərasimdə Bolqarıstanın Texniki Hökumətinin energetika naziri Rosen Xristov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez iştirak edəcək.


Etiketlər:  Türkiyə Bolqarıstana satmağa başlayacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ