Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda ev yandı, 1 nəfər xəsarət aldı

Masallıda ev yandı, 1 nəfər xəsarət aldı

Tarix: 3 Yanvar 2023 20:08

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, rayonun Qəriblər kəndində ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Milli.Az


Etiketlər:  Masallıda yandı nəfər xəsarət aldı


RƏYLƏR