Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ondan yox, özümdən gözləntim var''

''Ondan yox, özümdən gözləntim var''

Tarix: 4 Yanvar 2023 15:30

"Zaman insan təxəyyülünün məhsuludur. Mənim illərdən gözləntim yoxdur. Özümdən gözləntim var. Çalışın hər zaman özünüzdən gözləntiləriniz olsun. Öz limitlərinizi aşmağa çalışın".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkə hesabında yazıb.

Sənətçi daha sonra "Beyninizdə ayaq dəyməmiş yerlərə addım atın. Qorxularınıza qalib gəlin. Fiziologiyamızda ən üst hissədə dayanmış, çəkisi 2 kiloqrama yaxın olan bir orqan var. Onun dilini öyrənməklə, istədiyiniz hər bir nöqtəyə çatmaq mümkündür. 2023-cü il sizin dəyişim iliniz olsun. Mənim də çoxlu məqsədlərim, arzularım, planlarım var. Gerçəkləşməsi ümidi ilə... Dəyişmək gözəldir" sözlərini əlavə edib. 


Etiketlər:  Ondan özümdən gözləntim


RƏYLƏR