Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Kadini fantastik məbləğə satdı - Azərbaycan futbolunda ilk

“Qarabağ” Kadini fantastik məbləğə satdı - Azərbaycan futbolunda ilk

Tarix: 4 Yanvar 2023 21:48

Xəbər verdiyimiz kimi, "Qarabağ" futbol klubu Kadi Borgesin "Krasnodar"a transfer olunduğunu rəsmən açıqlayıb.

Sonxeber.net xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. "Krasnodar" da müqavilədəki bu bənddən yararlanıb.  

Qeyd edək ki, Kadinin transferi ilə "Qarabağ" Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.   

Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.


Etiketlər:  Qarabağ Kadini fantastik məbləğə satdı Azərbaycan futbolunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ