Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu senator Bakıya səfir təyinatına imkan vermir

Bu senator Bakıya səfir təyinatına imkan vermir

Tarix: 4 Yanvar 2023 22:54

ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsində israr edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ictimai fəal Yeganə Hacıyeva qeyd edib.

O bildirib ki, Bayden dünən Konqresin 2023-cü il üçün ilk sessiyası günü yenidən Azərbaycana səfir kimi Libbinin namizədliyini irəli sürüb:

"Libbi Konqresin 2022-ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir. Bu 175 nəfərdən cəmi 85-nin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib".

Onun sözlərinə görə, hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakültə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tərəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb:

"Ancaq 8 aydır o, Senatda erməni lobbisinin ruporu Bob Menendezin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir. Libbi ABŞ-ın Avropa Birliyindəki səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosiya və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.

Libbi bundan başqa, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində də çalışıb.

Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir".


Etiketlər:  senator Bakıya səfir təyinatına imkan vermir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ