Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydendən Putinin atəşkəs qərarına reaksiya

Baydendən Putinin atəşkəs qərarına reaksiya

Tarix: 6 Yanvar 2023 07:24

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynada 36 saatlıq atəşkəs qərarına cavab vermək istəməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri Putinin qərarının özlərinə sərf etdiyini bildirib.

"Putinin dediklərinə cavab vermək istəmirəm. Düşünürəm ki, o, bir az oksigen almağa çalışır", - Bayden söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramı ilə əlaqədar yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Milli.Az


Etiketlər:  Baydendən Putinin atəşkəs qərarına reaksiya


RƏYLƏR