Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vahid Əliyev: “Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM”

Vahid Əliyev: “Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM”

Tarix: 6 Yanvar 2023 14:15

"Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşmişdi. Xəstəxanada müalicələrimi davam etdirdim. Artıq evə buraxılmışam".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

70 yaşlı sənətkar bildirib ki, gələn həftə ürəyindən açıq əməliyyat olunacaq: 

"Həkimin yanından indi çıxdım. O dedi ki, sağlamlıq vəziyyətim normallaşsa, gələn həftə açıq ürək əməliyyatı keçirəcəyəm. Ümüd edirəm ki, hər şey yaxşı olacaq". 

Aktyor hazırda səhhəti ilə bağlı fikirlərini bu cür yekunlaşdırıb: 

"Xanımım məni bir gün də tək qoymadı. Ruhum güclü olduğuna görə, ürəyim ağrısa da özümü yaxşı hiss edirəm. Yaxşı olmağa çalışıram". 

Qeyd edək ki, ötən ilin dekabrın 22-də Vahid Əliyev infarkt keçirib. 


Etiketlər:  Vahid Əliyev Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ