Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 09:24
Bakı. Trend:
Oktyabrın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bankdan Trend-ə bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda oktyabrın 3-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin