Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevil-Sevinc bacıları hansı məşhurla barışmaq istəmir? - VİDEO

Sevil-Sevinc bacıları hansı məşhurla barışmaq istəmir? - VİDEO

Tarix: 6 Yanvar 2023 15:30

Müğənni əkiz bacılar Sevil və Sevinc Səfərovalar həmkarları Nurlan Təhməzli ilə küsülü olduqlarını etiraf ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bacılar bu barədə "7 Canlı" proqramında danışıblar. Aparıcının "Nurlan Təhməzli ilə aranızda inciklik var" sualından yayınmaq istəsələr də, sonra küsülü olduqlarını və barışmaq istəmədiklərini etiraf ediblər:

"Bunları böyüdüb müzakirə etməyə ehtiyac yoxdur. Dostlar arasında olan bir şeylərdir. Popkorn kimi partlayıram, sonra evdə özümü danlayıram ki, niyə bunu dedim?

Nurlanın da gözəl ailəsi var, həyat yoldaşına çox böyük hörmətim var. Aramızda inciklik ola bilər, bu, zamanla keçəcək yəqin ki. Amma hazırda danışmırıq. Barışdırmayın. Ağlımız var, yaşımız az deyil. Dost itirəcək yaşda da deyilik. 18 yaşım olsaydı, deyərdim ki, buradan inciyirik, buradan barışırıq. Artıq 32 yaşımız varsa, deməl,i nəyisə bilib addım atırıq. Ona görə ehtiyac yoxdur. Öz aramızda dalaşarıq, barışarıq. Allah hər kəsin ruzisini versin".

Qeyd edək ki, Sevil və Sevincin Nurlan Təhməzli ilə mahnı üstündə küsülü olduqları deyilir.

Milli.Az


Etiketlər:  Sevil Sevinc bacıları hansı məşhurla barışmaq istəmir VİDEO


RƏYLƏR