Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü - VİDEO

Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü - VİDEO

Tarix: 6 Yanvar 2023 19:52

"McDonald's" restoranlar şəbəkəsi Qazaxıstanda sözügedən brend altında fəaliyyətini dayandırıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin Qazaxıstan nümayəndəliyinin Mətbuat xidməti yayıb.

Məlumata görə, restoranların bağlanmasına səbəb məhsul təchizatına mane olan müəyyən məhdudiyyətlər olub.

Yaxın zamanlarda restoranlar şəbəkəsinin Qazaxıstanda yeni adla restoranlar açması barədə məlumat veriləcəyi gözlənilir.

Bununla yanaşı, ölkədə artıq restoranlardan "McDonald's"ın lövhələrinin sökülməsinə başlanılıb.

Qeyd edək ki, ötən ilin noyabrın 18-i "McDonald's" Qazaxıstanda öz işini müvəqqəti olaraq dayandırdığını açıqlamışdı.


Etiketlər:  Qazaxıstanda McDonalds lövhələri belə söküldü VİDEO


RƏYLƏR