Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyğəmbərin şəkillərini tələbələrə göstərdi, işdən çıxarıldı

Peyğəmbərin şəkillərini tələbələrə göstərdi,  işdən çıxarıldı

Tarix: 7 Yanvar 2023 19:48

ABŞ-ın Minnesota ştatında Hamline Universitetinin professoru Məhəmməd Peyğəmbərin təsvir olunduğunu şəkilləri tələbələrə göstərdikdən sonra işdən qovulub.

Hamline Universitetində islam incəsənəti dərsi keçən professor Məhəmməd Peyğəmbərin təsvir olunduğunu iddia etdiyi iki şəkli sinifdəki tələbələrə göstərib.

14-16-cı əsr şəkillər nümayiş etdirildikdən sonra sinifdəki müsəlman tələbələr professordan rəhbərliyiə şikayət ediblər.

Müsəlman tələbələr özlərini həmin cəmiyyətə aid hiss etmədiklərini və lazımi hörməti görmədiklərini bildiriblər. Hadisədən sonra araşdırma başlatan universitet rəhbərliyi hadisəni təhqiramiz, hörmətsiz və islamafobik olaraq xarakterizə edib və professorun işdən çıxarıldığını bildirib.

Milli.Az


Etiketlər:  Peyğəmbərin şəkillərini tələbələrə göstərdi işdən çıxarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ