Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O kişini mən də döyərəm'' - Nisə Qasımovadan sərt sözlər

''O kişini mən də döyərəm'' - Nisə Qasımovadan sərt sözlər

Tarix: 7 Yanvar 2023 19:58

Xalq artisti Nisə Qasımova "Space" televiziyasında yayımlanan "Açıq söz" verilişində açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Nisə Qasımova aparıcının "Statistik məlumata görə, Azərbaycanda 81 kişi xanımları tərəfindən zorakılığa məruz qalıb" sualına belə cavab verib:

"Ola bilsin ki, səhv danışıram. Qadın həyatında bir dəfə kişinin əlinin qüvvəsini görməlidir. Kişilərimiz də bir az diqqətli olsunlar. O kişi ki, döyülür, buna söz tapmıram. Gərək statistika ilə maraqlanıb, qadınların nə işlə məşğul olduğunu araşdıraq. Əgər kişi mənim sosial şəbəkələrdə görüb və iyrəndiyim məsələlərlə əlaqəsi varsa, onu mən də döyərəm. Əgər ki, kişinin əxlaqında qüsur, ağlında çaşqınlıq və zorakılığa meyillilik varsa, 82-ci qadın olaram. Normal kişini kim döyər!? Araşdırsaq görərik ki, kişi düzgün insan deyil".

Nisə Qasımova müğənnilərin geyim tərzini də tənqid edib: "Əgər bir müğənni hamiləliyini dəniz kənarında çimərlik geyimində nümayiş etdirirsə, ona "həyası olmayan" deyirlər. Yaxud da fotosessiya edir, cürbəcür formada poz verirlər. Buna nə ad qoyasan!? Gözəl geyinən müğənnilərimizi, xanımlarımızı öpürəm. Çox gözəl və şık geyinsinlər. Efirə çıxırlar, amma müəyyən şeylər var ki, əndazə qorunmalıdır. Nə isə...".


Etiketlər:  kişini mən döyərəm Nisə Qasımovadan sərt sözlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ