Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Türkiyəyə qaz ixracı 70 faiz AZALDI

İrandan Türkiyəyə qaz ixracı 70 faiz AZALDI

Tarix: 7 Yanvar 2023 20:44

Qaz nəqli sistemində baş verən qəzaya görə İranın Türkiyəyə yanacaq tədarükü 70 azalıb.

Bu barədə Türkiyənin "Botaş" kompaniyası məlumat yayıb.

"İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. İran tərəfi bu barədə bizi məlumatlandırıb və qəzanın aradan qaldırılması üçün lazımi addımların atılacağını deyib", - kompaniyanın məlumatında belə deyilir.

"Botaş" kompaniyası tədarük bərpa olunana qədər ölkənin qaza olan tələbatını yeraltı anbarlar hesabına ödəyəcək.

Türkiyə hər il İrandan 7-11 milyard kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacaq idxalının təxminən 15 faizini təşkil edir.

Milli.Az


Etiketlər:  İrandan Türkiyəyə ixracı faiz AZALDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ