Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qar XƏBƏRDARLIĞI - Bu saatlarda Bakıya...

Qar XƏBƏRDARLIĞI - Bu saatlarda Bakıya...

Tarix: 8 Yanvar 2023 23:10

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru qar yağmağa başlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enib və gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 08-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.

Mobil telefonlardakı hava proqnozu tətbiqlərində isə Bakıya yağan qarın səhər saat 07:00-dan sonra bir qədər intensiv xarakter alacağı göstərilir.

Milli.Az


Etiketlər:  Qar XƏBƏRDARLIĞI Bu saatlarda Bakıya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ