Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu da aktyor Corc Qafarovun sevgilisi - VİDEO

Bu da aktyor Corc Qafarovun sevgilisi - VİDEO

Tarix: 9 Yanvar 2023 17:45

"Həyatdır, insanam... Həyatıma bir qız gəlib, gedə bilər. Kimsə məni, mən də kimisə tanıyıram. Bu isə normaldır. Corc sevmək istəyir. Sevgim pak və təmizdir. Sevməyi də bacarıram".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri gənc aktyor Corc Qafarov "Maqazin plyus" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bəzi şou nümayəndələrindən fərqli olaraq, o, şəxsi həyatını gizli saxlamağa üstünlük verir:

"Təcrübəmə görə, əgər sevgilin haqda tamaşaçıya nələrsə danışanda sonu yaxşı olmur. Ona görə münasibətlər onlardan gizli qalsa daha yaxşıdır. İnsanlar indiyə kimi haqqımda hər şey danışıb. Bundan sonra da nələrsə deyəcəklər. Danışacaqlarına da narazılıçığım yoxdur. Desinlər, belə də davam etsinlər. Sevgilimi, onunla olan münasibətlərimi gizlədəcəyəmsə, gizlədəcəyəm".

Müxbirin "Gördüyümüz bu xanım sevgilinizdir?" sualına C.Qafarov gülərək "Hər nə..." qısa cavabını verib.

O ki qaldı Corc Qafarovun ailə qurmasına, aktyor yalnız 33 yaşdan sonra evlənəcəyini dilə gətirib:

"İndi ailə həyatı qurmağı düşünmürəm. Zamanı gələndə evlənəcəyəm. Yəqin ki, bunu hamı görəcək. Hələki bu yaşımda ailə qurmaq tezdir. Düşünürəm ki, ailə qurmamışdan əvvəl sənətimdə deyiləcək sözlərim, görüləcək işlərim çoxdur. Onları da tamaşaçılara göstərməliyəm. 33 yaşdan sonra ailə quracağam. Buna isə hələ çox var".

Milli.Az


Etiketlər:  Bu da aktyor Corc Qafarovun sevgilisi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ