Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' braziliyalı futbolçuya təklif göndərdi

''Qarabağ'' braziliyalı futbolçuya təklif göndərdi

Tarix: 9 Yanvar 2023 21:24

"Qarabağ" Belçikanın "Beveren" klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.

Sonxeber.net "report"a istinadən bildirir ki, "köhlən atlar" 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

"Sambaçı"nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.

Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.


Etiketlər:  Qarabağ braziliyalı futbolçuya təklif göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ