Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi yolunda şaxtalı gecə

Xankəndi yolunda şaxtalı gecə

Tarix: 9 Yanvar 2023 23:52

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, aksiya fəalları bu saatlarda da plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar həmişəki kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar vurğulayırlar ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 29 gündür davam edir.


Etiketlər:  Xankəndi yolunda şaxtalı gecə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ