Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni quş qripi: 100 min toyuq məhv ediləcək

Yeni quş qripi: 100 min toyuq  məhv ediləcək

Tarix: 10 Yanvar 2023 09:16

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi virusu qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib kli, 100 minə yaxın toyuq məhv olunacaq.

Bir gün əvvəl Kavamin şəhərində yumurta istehsalı üzrə fermanın işçiləri ölü toyuqlar aşkar ediblər.

Həmin fermanın ətrafında üç kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib.

Onlar həmçinin 10 kilometrlik zonadan kənara toyuq və yumurta ixracını qadağan ediblər.


Etiketlər:  Yeni quş qripi toyuq məhv ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ