Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 13:21
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.
Bu barədə Sonxeber.net-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfərin dəqiq tarixi hələlik məlum deyil.
Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri bildirib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb: "Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram".
Xatırladaq ki, Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı.