Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Bu, o ailələr qarşısında mənəvi borcumuzdur

İlham Əliyev: Bu, o ailələr qarşısında mənəvi borcumuzdur

Tarix: 10 Yanvar 2023 17:57

Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq".


Etiketlər:  İlham Əliyev ailələr qarşısında mənəvi borcumuzdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ