Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 15:38
Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiyatını artıra bilər. Ehtiyat hərbçilər də məhz bunun üçün nəzərdə tutulub, lakin hər şey münaqişələrin miqyasından asılı olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib.
Generalın fikrincə, Rusiya genişmiqyaslı müharibə olacağı təqdirdə səfərbərlik ehtiyatından tam imtina edə bilməyəcək.
Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatasının müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib ki, Rusiya "Polşanın müdaxiləsi halında" və Qərb hərbçilərinin qarşısını almaq üçün səfərbərlik ehtiyatını artırmalıdır.