Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN əməliyyat görüntülərini yaydı - VİDEO - FOTO

FHN əməliyyat görüntülərini yaydı - VİDEO - FOTO

Tarix: 11 Yanvar 2023 18:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olub qapını açaraq, vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.

Milli.Az


Etiketlər:  əməliyyat görüntülərini yaydı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ