Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Flora Kərimova: "Qızım dedi ki, iki müəllimə sənin qeybətini edirdi" - VİDEO

Flora Kərimova:

Tarix: 13 Yanvar 2023 18:05

"Bir dəfə gördüm ki, qızım Zümrüd çox peşman gəlib. O, universitetdə dövlət imtahanını verirdi. Qızım dedi ki, qulağıma sənin adın gəldi. Sən demə, iki müəllimə sənin qeybətini edirdilər. Qızım dövlət imtahanının biletini qoyub, çıxıb gedib. Ondan sonra bir ay zəng elədilər, qızım dedi ki, getmirəm. Amma sonda imtahana getdi. Onun acığını da çıxdılar. Hamıya diplom verdilər qızımdan başqa".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu "YouTube"da yayımlanan "Astar" layihəsində deyib.

81 yaşlı sənətkar bildirib ki, qızı Zümrüd hələ də ilk həyat yoldaşının qaynanası ilə xoş münasibətdədir.

"Zümrüdlə evlənmək istəyən çox bəy var idi. O xaricə getdi. Amma onun oxu daşa dəydi (birinci evliliyi - red.). Çox gözəl ailə idi. Hətta keçmiş qaynanası ilə indiyə kimi ünsiyyətdədir. Ona əvvəldən dediyi kimi indi də "ana" deyərək müraciət edir. Telefonla danışırlar.

Burada konsertlərdə çıxış edəndə o çəkib Zümrüdə göndərirdi. Münasibətləri yaxşıdır. Qızım o illərə, yediyi çörəyə, qaynanasının tərəfindən münasibətə nankor olmadı", - deyə F.Kərimova vurğulayıb.

Qeyd edək ki, Zümrüd İngiltərədə yaşayır və orada ikinci dəfə ailə həyatı qurub. Bir neçə ay əvvəl onun ilk övladı dünyaya gəlib. Xalq artistinin Oktay adlı oğul övladı da var. O isə Almaniyada yaşayır.

Milli.Az


Etiketlər:  Flora Kərimova Qızım dedi ki iki müəllimə sənin qeybətini edirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ