Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbuldan Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi

İstanbuldan Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi

Tarix: 15 Yanvar 2023 10:52

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

Milli.Az


Etiketlər:  İstanbuldan Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ