Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü əsəb keçirən hamilələr oğlan doğa bilmir - ALİMLƏR

Güclü əsəb keçirən hamilələr oğlan doğa bilmir - ALİMLƏR

Tarix: 15 Yanvar 2023 19:27

Güclü stres, təşviş və qorxu doğulacaq uşağın cinsiyyətinə təsir edir.

Medicina.az xəbər verir ki, bunu Kolumbia Universitetinin alimləri bildirib.

Elmi araşdırma gedişatında onlar stresin insan orqanizmi və psixikasına təsiri barədə 27 göstəricini analiz ediblər. 18-45 yaş arası hamilə qadınları müşahidə ediblər. Onların 17%-i yüksək dərəcə depressiya və stress, 16%-i fiziki stress və yüksək təzyiqdən əziyyət çəkiblər. Yalnız 66% bütün hamiləlik boyu psixoloji tam sağlam idilər.

Doğuşdan sonra məlum olub ki, hamiləliyin əvvəlində fiziki və mənəvi stres keçirən qadınlar nadir halda oğlan uşağı doğur.

Əgər bütün hamilələr stressiz olsa, normaya görə hər 100 qıza 105 oğlan doğulmalıdır. Lakin güclü stress bu normanı dəyişir.

Hələ məlum deyil ki, proses mayalanma zamanı baş verir, yoxsa sonra.

Amma güclü stress keçirən qadınlarda oğlan embrionun yaşamaq şansı azalır, qızlar daha dözümlü olur.

Bu fikir özünü 11 sentyabrd terror hadisəsindən sonra Amerikada doğum faktlarında da göstərdi. O hadisədən sonrakı ildə oğlan uşaqlarının doğumu kəskin azalmışdı


Etiketlər:  Güclü əsəb keçirən hamilələr oğlan doğa bilmir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ