Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi" ukraynalı futbolçunun transferini açıqladı

Tarix: 15 Yanvar 2023 19:38

"Çelsi" "Şaxtyor"dan Mixail Mudriki transfer etdiyini açıqlayıb.

London klubu ukraynalı yarımmüdafiəçi ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

Britaniya mətbuatı bu transfer üçün "Çelsi"nin Donetsk klubuna 70 milyon avro ödəyəcəyini yazıb. Müqavilədəki müxtəlif şərtlər, o cümlədən İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi olmaq aktivləşdirilərsə, əlavə 30 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Mudrik bu mövsüm 24 oyunda 10 qol vurub və 8 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Çelsi ukraynalı futbolçunun transferini açıqladı


RƏYLƏR