Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samirə Hüseyn və xanımına "savadsız" dedi - Cavab

Samirə Hüseyn və xanımına

Tarix: 16 Yanvar 2023 13:20

Aşıq Samirə Əliyeva "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasında onu seçən aktrisa Aysel İbrahimovanın dediklərinə cavab verib.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-ın suallarını cavablandıran aşıq Aysel və musiqiçi həyat yoldaşı Hüseyn Məhəmmədoğlu ilə dost olmaları məsələsinə aydınlıq gətirib:

"Danışsınlar, narazıçılıq hər yerdə var. Hələ elə bir yarışma yoxdur ki, oradan kimsə razı getsin və ya razı danışsın. Dostluq başqadır, tanışlıq başqa. Bizim  ünsiyətimiz var, amma yarışma dostluqla, qohumluqla, doğmalıqla ölçülmür. Deyilən heç bir şeyə reaksiya vermirəm. Mənim reaksiyam onlara sıfırdır". 

Samirə "Aşığın estradadan danışması biabırçılıqdır" ifadəsinə də münasibət bildirib:

"Savadsızlıqda elə buradan gəlir. Yarışmanın adı "Azərbaycanın səsi: Doğma nəğmələr"dir. Burada tək estrada mahnıları təqdim edilmir. Folklor, muğam, aşıq, estrada, təsniflər - hər şey təqdim edilir".

Qeyd edək ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı, aktrisa Aysel İbrahimova "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasına qatılıb. O, münsiflər arasında Samirə Əliyevanın komandasında yer almaq istədiyini deyib. Daha sonra Hüseyn "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" paylaşımını edib və hər kəs onun bu sözləri Samirəyə ünvanladığını düşünüb. Daha sonra Aysel də açıqlama verərək, Samirəni Hüseynin dostu olduğu üçün seçdiyini bildirib.  

Milli.Az


Etiketlər:  Samirə Hüseyn xanımına savadsız dedi Cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ