Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimizin qiyməti 1 % ucuzlaşıb

Neftimizin qiyməti 1 % ucuzlaşıb

Tarix: 17 Yanvar 2023 10:24

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 1 % azalaraq 90,35 ABŞ dolları təşkil edib.

Bu barədə report-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin mart fyuçersləri 84,46 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Neftimizin qiyməti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ