Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mənzillərin onlayn qaydada seçilməsi və alınması qaydası - VİDEO

Mənzillərin onlayn qaydada seçilməsi və alınması qaydası - VİDEO

Tarix: 17 Yanvar 2023 16:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 23-ü saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən Milli.Az-a bildiriblər ki, satış elektron portal - ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxda ətraflı məlumat verilir.

Milli.Az


Etiketlər:  Mənzillərin onlayn qaydada seçilməsi alınması qaydası VİDEO


RƏYLƏR