Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2019 11:20
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Qol.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Çexiyanın Opava şəhhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.
12 oktyabr
Avropa çempionatı, seçmə mərhələ
20:00 Azərbaycan – Çexiya
Baş hakim: Alan Mario Sant (Malta)