Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobil keçiddə piyadaları vurdu - VİDEO

Avtomobil keçiddə piyadaları vurdu - VİDEO

Tarix: 18 Yanvar 2023 18:10

Sankt-Peterburqda avtomobil "zebra" üzərindəki piyada izdihamına çırpılaraq qəza yerindən qaçıb.

Milli.Az bildirir ki, piyadalarla toqquşma videoya çəkilib, görüntüləri Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti öz Telegram kanalında dərc edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Nevski və Liqovski prospektlərinin kəsişməsində, Vosstaniye meydanında baş verib. Yayımlanan kadrlardan görünür ki, yolayrıcını keçməyə vaxt tapmayan avtomobil sürücüsü piyadaların sıxlığı qarşısında əvvəlcə sürəti azaldır, lakin sonra hərəkətə keçərək insanları vurur.

Zərərçəkənlərdən birinin tibbi yardıma ehtiyacı olub. Onu vuran sürücü artıq həbs edilib. "Qayda pozan Mərkəzi Rayon Yol Polisi İdarəsinə aparılıb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib", - deyə polisdən bildirilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Avtomobil keçiddə piyadaları vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ