Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: "Ermənistan ordusunun 2-ci korpusunun komandiri işdən çıxarılır"

KİV:

Tarix: 19 Yanvar 2023 09:46

Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatı yazıb.

Lakin bunun səbəbi açıqlanmayıb. Müdafiə Nazirliyi korpus komandirinin işdən çıxarılacağı barədə məlumatı şərh etməyib.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

V.Qriqoryanın işdən çıxarılacağı barədə məlumatın bu hadisə ilə bağlı olub-olmadığı da məlum deyil.

Xatırladaq ki, V. Qriqoryan 2021-ci ildə 2-ci Ordu Korpusunun komandiri təyin olunub.

Milli.Az


Etiketlər:  KİV Ermənistan ordusunun 2 ci korpusunun komandiri işdən çıxarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ