Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 13:02
"Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.
O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir: "Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur".
Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır: "Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər".