Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 14:58
Suriyada planlaşdırılan quru əməliyyatları ilə bağlı Türkiyə ABŞ-dan hər hansı şərt almayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Müxtəlif səviyyələrdə görüşlər keçirdik. Hər hansı şərt almamışıq", - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş baş tutub. Görüşdə müxtəlif aktual siyasi mövzular müzakirə olunub.