Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə Covid-19-un “Kraken” alt variantı aşkar edildi

Bu ölkədə Covid-19-un “Kraken” alt variantı aşkar edildi

Tarix: 19 Yanvar 2023 23:14

Qərbi Balkanların ən kiçik ölkəsi Monteneqroda Covid-19-a səbəb olan "Omicron" alt variantı "Kraken"ə ilk yoluxma hadisəsi müşahidə olunub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Monteneqro Xalq Sağlamlığı İnstitutu açıqlama yayıb.

Açıqlamada "Kraken"in ABŞ-da sürətlə yayılan bir alt variant olduğu bildirilib və yoluxanların İngiltərə, Danimarka, Fransa, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya və Portuqaliyada da müşahidə edildiyi xatırladılıb.

Qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) yanvarın 13-də Omicron-un "Kraken" adlanan XBB.1.5 subvariantının aşağı risk səviyyəsinə malik olduğunu bildirib.


Etiketlər:  ölkədə Covid Kraken variantı aşkar edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ