Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Prezident Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Tarix: 20 Yanvar 2023 16:30

Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Milli.Az


Etiketlər:  Prezident Şəhidlər xiyabanını ziyarət edib FOTO


RƏYLƏR