Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''a şok cəza - 15 xalı silindi

''Yuventus''a şok cəza - 15 xalı silindi

Tarix: 21 Yanvar 2023 07:26

İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un İtaliya çempionatında 15 xalını silmək qərarına gəlib.

Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Beləliklə, xalı 37-dən 22-yə düşən Turin klubu A Seriyasının turnir cədvəlində 3-cü pillədən 10-cu pilləyə geriləyib.

Prokuror "Yuventus"un 9 xalının silinməsini xahiş etsə də, Federal Məhkəmə Maksimiliano Alleqrinin komandasına daha ağır cəza vermək qərarına gəlib və klub 15 xaldan məhrum edilib.

Bu qərarların əsaslandırılması yaxın günlərdə açıqlanacaq. Turin klubu bu qərardan apellyasiya şikayəti verə bilər.

"Yuventus" rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Ötən ilin noyabrında "Yuventus"un idarə heyətinin əksər üzvləri, o cümlədən prezident Andrea Anelli istefa verib.


Etiketlər:  Yuventusa şok cəza xalı silindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ