Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 15:42
"Google"un "Alphabet" aparıcı şirkəti 12 min işçisini ixtisar etməyə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu rəqəm qlobal işçi qüvvəsinin 6 faizindən çoxunu təşkil edir.
Bununla bağlı şirkətin CEO-su Sundar Piçai işçilərə məktub yollayıb. O, məktubda bu qərarı verməyə məcbur olduğunu və məsuliyyət daşıdığını bildirib.
Bundan əvvəl isə "Amazon", "Microsoft" və "Meta" ("Facebook") şirkətləri də ixtisarlar barədə açıqlamalar vermişdi.
"Bu addım xərclərimizi tənzimləmək və mövcud kapitalımızı daha məhsuldar sahələrə yönəltmək məqsədi daşıyır", - deyə CEO Piçai qeyd edib.
"Bizim süni intellekt sahəsində qarşımızda fürsətlər var", - deyə o əlavə edib.