Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli standartlaşdırma ilə bağlı növbəti iki il üçün dövlət proqramı təsdiqləndi

Milli standartlaşdırma ilə bağlı növbəti iki il üçün dövlət proqramı təsdiqləndi

Tarix: 23 Yanvar 2023 19:06

Prezident İlham Əliyev "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sənədə əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Etiketlər:  Milli standartlaşdırma ilə bağlı növbəti üçün dövlət proqramı təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ