Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 15:36
Bakı. Cani Babayeva - Trend:
"Bədii gimnastika ilə məşğul olmaqdan zövq alıram".
Bunu Trend-ə Qusardan olan bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokun iştirakçısı Sevda Əhmədova deyib.
S.Əhmədova deyib ki, o, məşq etməyi, yeni elementlər öyrənməyi sevir:
"Bəzən çətin məşqlər olmasına baxmayaraq, idmandan ayrılmaq fikrim heç olmayıb".
Gənc idmançı, yarışın hər bir iştirakçısı üçün tamaşaçıların dəstəyinin çox vacib olduğunu qeyd edib:
"Zaldakı tamaşaçıların dəstəyi çıxışa hazırlaşmaqda kömək edir. Milli Gimnastika Arenasında hər zaman xoş qarşılayırlar. Xalça üzərinə xoşbəxtlik hissi ilə çıxıram".
Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.
Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin