Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Altı yaşdan başlayaraq on bir il qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?!

Altı yaşdan başlayaraq on bir il qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?!

Tarix: 24 Yanvar 2023 22:48

"Müəllim heyətinin getdikcə qadınlardan ibarət olması xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq, siniflərdə kişi görmək  üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

"Heç bir kişiyə məcburi demək olmaz ki, al 500 manatı, gəl müəllim işlə. Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır. 6 yaşdan başlayaraq 11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?! Hələ vay o günə ki, evdə də kişi tərbiyəsi, kişi davranışı görməyə. Bu bizim bu gün gözlə görə bilmədiyimiz, amma bir müddət sonra millətin deqredasiyasına nədən olacaq, çox qorxulu tendensiyadır. Qaytarın, kişiləri məktəblərə!" - ekspert qeyd edib.

Milli.Az


Etiketlər:  Altı yaşdan başlayaraq on bir il qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ